Pəhləvanımız virtual yarışa qələbə ilə başlayıb
Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsi dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış keçirir.

Sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Yarışa Azərbaycanın üçqat dünya və Avropa çempionu Hacı Əliyevin də adı daxil edilib. İdmançımız səkkizdəbir finalda Gürcüstan pəhləvanı, 125 kiloqram çəki dərəcəsində dünya çempionu Geno Petriaşvilini məğlubiyyətə uğradıb. Onun dörddəbir finaldakı rəqibi İtaliyanın dünya çempionu Frank Çamizodur.

Xəbər 594 dəfə oxundu.