Şəhriyar Məmmədyarov BƏƏ-nin ən nüfuzlu turnirində mübarizəyə başlayıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə start götürən onlayn beynəlxalq turnirində mübarizəyə başlayıb.

İyunun 12-də ilk 5 turun oyunları keçiriləcək. Ş.Məmmədyarov polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, Pentala Xarikrişna (Hindistan), misirli Bassem Amin və Saleh Salem (BƏƏ) qarşılaşacaq.

Yarışda hər partiya üçün 10 dəqiqə və üstəlik, hər gediş üçün 3 saniyə nəzarət vaxtı ayrılmaqla 10 tur oynanılacaq.
İki dövrədən ibarət olan turnirin mükafat fondu 10 min ABŞ dollarıdır.

Xəbər 549 dəfə oxundu.