Miçel karyerasını “Qarabağ”da bitirmək istəyir
“Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madeyra daha 1 il Ağdam klubunun uğurları üçün çalışacaq.

Futbolçu karyerasını “Qarabağ”da bitirmək istəyir. Gələn il 36 yaşı olacaq yarımmüdafiəçi bu barədə baş məşqçi Qurban Qurbanovla danışaraq məşqçinin razılığını alıb.

Xatırladaq ki, karyerası ərzində “Sportinq”, “Birmingem” və “Xetafe” kimi klubların şərəfini qoruyan Miçel 2015-ci ildən “Qarabağ”da çıxış edir.


Xəbər 513 dəfə oxundu.