Teymur Rəcəbov “Online Chess Masters” rapid turnirində mübarizə aparacaq
İyunun 20-də hazırkı dünya çempionu Maqnus Karlsenin və dünyanın ən güclü şahmatçılarından 12-sinin iştirakı ilə “Online Chess Masters” onlayn rapid turniri start götürəcək.

Bu, M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da mübarizə aparacaq.

Dünya çempionunun dəvəti və təşkilatçılığı ilə keçirilən seriya turnirinin birinci mərhələsi - aprelin 18-dən mayın 3-dək keçirilən “Magnus Carlsen Invitational” turnirinin finalında amerikalı Hikaru Nakamuranı məğlub edən norveçli dünya çempionu qalib olub. Mayın 19-dan iyunun 3-dək keçirilmiş ikinci yarışda - “Lindores Abbey Rapid Challange” turnirində isə finalda H.Nakamuranı məğlub edən rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.

Seriyanın dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

Xəbər 536 dəfə oxundu.