Bəhreyndə iki Formula 1 yürüşü keçirilə bilər
Formula 1-in idman direktoru Ross Braun dünya çempionatının Bəhreyn mərhələsi çərçivəsində iki yürüşün təşkilinin nəzərdən keçirildiyini bildirib.

Onun sözlərinə görə, “Sahir” trasının konfiqurasiyası praktik olaraq iki fərqli yarış təşkil etməyə imkan verəcək.

R.Braun bundan əlavə, bir neçə yaxşı Avropa traslarının olduğunu da bildirib. O, qeyd edib ki, çempionata bir neçə Avropa mərhələsini də əlavə etmək olar. İdman direktoru bununla bağlı danışıqların davam etdiyini vurğulayıb.


Xəbər 500 dəfə oxundu.