AFFA təşəkkürnamə ilə təltif olunub
Qan donorluğunda fəal iştirakına görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, təşəkkürnamə AFFA-nın baş həkimi Vyaçeslav Xomenkoya təqdim olunub.

Xatırladaq ki, bu il mayın 21-də AFFA-nın təşəbbüsü ilə Futbol Akademiyasında təşkil olunmuş qanvermə aksiyasında AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak etmişdi.

İyunun 14-ü bütün dünyada Beynəlxalq Qan Donoru Günü kimi qeyd olunur.

Xəbər 629 dəfə oxundu.