“Zirə” cari mövsümdə öz rekordunu yeniləyib
ƏBakının “Zirə” futbol klubu 2019-2020-ci il mövsümünün ikinci yarısının baş tutan 6 oyununda 7 qol vurub.

“Qartallar” “Səbail”lə görüşdə üç, “Sabah”la matçda iki qol vursa da, “Sumqayıt”la “Qəbələ”ni bir dəfə məyus edib. Bu, 2016-2017-ci il mövsümündən indiki formatda (8 klub, 4 dövrə) keçirilən Premyer Liqada üçüncü dövrənin birinci 6 oyunu üçün “Zirə”nin rekordudur.

Komanda üç il əvvəlki göstəricini təkrarlayıb. Belə ki, “Zirə” yalnız 2016-2017-ci il mövsümündə üçüncü dövrənin 6 matçında 7 qol vurub. Digər iki mövsümün bu bölümündə isə daha az qol qeydə alınıb.

Qeyd edək ki, III dövrənin 6 turundan sonra koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də davam etdiriləcək.


Xəbər 523 dəfə oxundu.