Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində mövqeyini qoruyub
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Apreldə açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765 xal), Fransa (1733) və Braziliya (1712) yığmaları yer alıblar.

Xəbər 512 dəfə oxundu.