Bu gün futbol üzrə Türkiyə çempionatının XXVII turuna start veriləcək
Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Türkiyə Superliqasının XXVII turuna iyunun 12-də start veriləcək.

Çempionatın bu turu “Fənərbağça”-Kayserispor” və “Göztəpə”-“Trabzonspor” matçı ilə başlayacaq. Bundan əlavə, turda iyunun 13-də “Başakşəhər”-“Alanyaspor”, “Beşiktaş”-“Antalyaspor”, “Yeni Malatyaspor”-“Kasımpaşa”, ertəsi gün isə “Gənclərbirliyi”-“Konyaspor”, “Rizəspor”-“Qalatasaray”, “Qaziantep”-“Ankaragücü” matçları keçiriləcək. XXVII tura iyunun 15-də “Sivasspor”-“Dənizlispor” görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında XXVI turdan sonra “Trabzonspor” 53 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” 50 xalla üçüncü, “Sivasspor” klubu isə 49 xalla dördüncü pillədə qərarlaşıblar.

Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (40 xal) və digər komandalar gəlir. Çempionatın turnir cədvəlinin sonuncu pillələrində isə “Rizəspor” (25 xal), “Ankaragücü” (23 xal) və “Kayserispor” (22 xal) klubları yer alıblar.


Xəbər 517 dəfə oxundu.