Azərbaycan voleybolçusu “Leninqradka” ilə yollarını ayırıb
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Yelizaveta Səmədova Rusiyanın “Leninqradka” komandası ilə yollarını ayırıb.

Voleybolçu son iki mövsümü Sankt-Peterburq təmsilçisinin heyətində keçirib. Y.Səmədovanın karyerasını digər Rusiya klubunda davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, cari mövsümdə “Leninqradka” Rusiya çempionatının dörddəbir final mərhələsinədək irəliləməyi bacarıb.


Xəbər 525 dəfə oxundu.