Bakıda beynəlxalq futbol turniri start götürüb

İyunun 25-də Bakıda Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş beynəlxalq futbol turniri start götürüb.
İyunun 30-dək davam edəcək yarışda təvəllüdü 1999-cu il olan futbolçulardan təşkil olunmuş U-13 komandalar mübarizə aparır.
“Dalğa Arena”da təşkil olunan turnirdə “İnter” (Bakı), Türkiyənin “Samsunspor”, Rusiyanın “Rubin” (Kazan), Gürcüstanın “Dinamo” (Tbilisi), Ukraynanın “Karpatı”, İsveçin “Brommapojkarna”, Estoniyanın “Kotkas” və Bolqarıstanın “Slaviya” kollektivləri birincilik uğrunda yarışırlar.
Turnirin açılış oyununda B qrupunda yer alan “Slaviya” və “Karpatı” komandaları üz-üzə gəlmişlər. Görüş bolqarıstanlı futbolçuların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyun “Samsunspor” və “Dinamo” arasında keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən matç heç-heçə ilə başa çatıb – 2:2.

Xəbər 910 dəfə oxundu.