“Mançester Siti”nin şikayəti barədə yekun hökmün qəbul edilməsi gözlənilir
İdman Arbitraj Məhkəməsinin (CAS) UEFA-nın İngiltərənin “Mançester Siti” klubunun qitə miqyaslı yarışlardan kənarlaşdırılması barədə qərarından apellyasiya şikayəti üzrə yekun hökmün iyulun birinci yarısında qəbul olunması gözlənilir.

Bu barədə məhkəmənin saytında məlumat verilib.

Qeyd olunub ki, müraciət üzrə məhkəmə iclası iyunun 8-də videokonfrans formatında keçirilib. İclasda hər iki tərəf dinləmələrdə iştirak edib.

“Mançester Siti” klubu maliyyə fırıldaqçılığında ittiham olunur. Qərara əsasən, “şəhərlilər”in Avropa yarışlarında iştirakı iki il müddətinə ləğv edilib və klub 30 milyon avro məbləğində cərimələnib.


Xəbər 504 dəfə oxundu.