AİJF yazı müsabiqəsinin vaxtını uzatdı
İyunun 11-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıda çıxış edən federasiyanın prezidenti Qabil Mehdiyev qurumun fəaliyyəti və gündəlikdə duran məsələlər ​ barədə danışıb.​

İclasda görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə elan edilən yazı müsabiqəsinin vaxtının uzadılması məsələsi müzakirə edilib. AİJF idman jurnalistlərinin müraciətini nəzərə alaraq, elan etdiyi “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda yazı müsabiqəsinin vaxtının 2 iyul - Beynəlxalq İdman Mətbuatı gününədək uzadılmasını qərara alıb.​

Gündəlikdə olan digər məsələ idman jurnalistləri arasında onlayn layihələrin həyata keçirilməsi olub. Bildirilib ki, belə layihələr idman jurnalistlərinin bilik və bacarıqlarının aşkar edilməsi və asudə vaxtlarının daha səmərəli təşkili ilə bağlıdır. Qərara alınıb ki, idman jurnalistləri arasında bir sıra onlayn layihələr həyata keçirilsin.

Xəbər 653 dəfə oxundu.