“Real Madrid” klubu “Paris Sen-Jermen”in 110 milyonluq təklifini rədd edib
İspaniyanın “Real Madrid” futbol klubu hücumçusu Vinisius Junior üçün “Paris Sen-Jermen” komandasının təklifini rədd edib.

Paris təmsilçisi 19 yaşlı yarımmüdafiəçi üçün 110 milyon avro ödəməyə hazır olduğu vurğulayıb. Ancaq Madrid klubundan heç bir məbləğ müqabilində braziliyalı oyunçunun satılmasının planlaşdırılmadığı bildirilib.

V.Junior cari mövsümdə “Real Madrid”in heyətində keçirdiyi 28 matçda dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Xəbər 487 dəfə oxundu.