İyunun 12-də futbol üzrə Türkiyə Superliqası bərpa olunacaq
Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Türkiyə Superliqası iyunun 12-də bərpa olunacaq.

Çempionatın XXVII turuna “Fənərbağça”-Kayserispor” və “Göztəpə”-“Trabzonspor” matçı ilə start veriləcək. Bundan əlavə, turda “Başakşəhər”-“Alanyaspor”, “Beşiktaş”-“Antalyaspor”, “Yeni Malatyaspor”-“Kasımpaşa”, “Gənclərbirliyi”-“Konyaspor”, “Rizəspor”-“Qalatasaray”, “Qaziantep”-“Ankaragücü” və “Sivasspor”-“Dənizlispor” matçları keçiriləcək. Bu görüşlər iyunun 13-15-də baş tutacaq.

Türkiyə çempionatında XXVI turdan sonra “Trabzonspor” 53 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” 50 xalla üçüncü, “Sivasspor” klubu isə 49 xalla dördüncü pillə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (40 xal) və digər komandalar gəlir. Çempionatın turnir cədvəlinin sonuncu pillələrində isə “Rizəspor” (25 xal), “Ankaragücü” (23 xal) və “Kayserispor” (22 xal) klubları yer alıblar.

Xəbər 501 dəfə oxundu.