“Sabah” doğma meydanda “Zirə” ilə yoxlama oyunu keçirəcək
Bakının “Sabah” və “Zirə” futbol komandaları yoxlama oyununda öz qüvvələrini sınayacaqlar.

Matç iyunun 13-də saat 19:00-da “Bank Respublika Arena”da keçiriləcək.

“Sabah” COVİD-19 pandemiyası ilə bağlı yaranmış məcburi fasilədən sonra birinci yoxlama oyununu “Qarabağ”a qarşı keçirib. Bu görüşdə Ağdam təmsilçiləri “Sabah”ı beş cavabsız qolla məğlub ediblər. “Zirə” isə birinci yoxlama oyununda “Səbail”lə heç-heçə edib. Görüşdə tərələrin hər biri iki dəfə fərqlənməyi bacarıblar.

Xəbər 520 dəfə oxundu.