“Neftçi”-“Qəbələ” yoxlama matçının vaxtı dəyişdirilib
Bakının “Neftçi” futbol klubunun “Qəbələ” ilə keçirəcəyi yoxlama matçının vaxtı dəyişdirilib.

Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, bir gün əvvəl baş tutacaq. Buna Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması səbəb olub.

“Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsindəki birinci sınaq görüşündə - iyunun 10-da “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 502 dəfə oxundu.