“Dakar-2021” rallisinin tarixi açıqlanıb | |
Səudiyyə Ərəbistanında təşkil olunacaq “Dakar-2021” rallisinin tarixi açıqlanıb. Yarış gələn il yanvarın 3-dən 15-dək təşkil olunacaq. Səudiyyə Ərəbistanı ikinci dəfə “Dakar” rallisinə ev sahibliyi edəcək. 1979-cu ildən keçirilən yarışda müxtəlif kateqoriyada avtomobil və motosikletlər istifadə olunur. 2008-ci ilədək yarış Afrika qitəsində təşkil olunub. 2009-cu ildən yarışlara Cənubi Amerika, bu ildən isə Asiya ev sahibliyi edib. AZƏRTAC |
|
Xəbər 637 dəfə oxundu. |
|
|