“Latsio” klubu baş məşqçi Simone İnzaqi ilə müqavilənin müddətini uzatmaq niyyətindədir
“Latsio” futbol klubunun rəhbərliyi baş məşqçi Simone İnzaqi ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Bu barədə “Football Italia” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, klub prezidenti Klaudio Lotito 44 yaşlı mütəxəssisə 2023-cü il iyunun sonunadək qüvvədə olacaq yeni müqavilə təklif etmək niyyətindədir. S.İnzaqi ilə hazırkı müqavilə 2021-ci il iyunun sonuna qədər qüvvədədir.

Yeni razılaşmaya əsasən, məşqçinin ildə 2,5 milyon avro qazanacağı bildirilir. “Latsio” məşqçinin rəhbərliyi altında İtaliya çempionu olacağı təqdirdə isə mütəxəssisin maaşı ildə üç milyon avroya qədər artacaq.

Qeyd edək ki, Simone İnzaqi “Latsio”ya 2016-cı ilin yayından rəhbərlik edir. İtaliya çempionatında 26 turdan sonra “Latsio” klubu lider “Yuventus”dan bir xal geri qalır.

Xəbər 487 dəfə oxundu.