“Fənərbağça” çilili müdafiəçi ilə yollarını ayırıb
Türkiyənin “Fənərbağça” futbol klubu müdafiəçisi Maurisio İsla ilə yollarını ayırıb.

31 yaşlı çilili müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, M.İsla İstanbul komandasında 2017-ci ildən çıxış edib. Müdafiəçi “Fənərbağça”nın heyətində 91 oyuna 13 qol vurub.

Xəbər 504 dəfə oxundu.