Robert Levandovski şəxsi rekordunu yeniləyib
Almaniyanın “Bavariya” futbol klubu Robert Levandovski şəxsi rekordunu yeniləyib.

31 yaşlı hücumçu Almaniya kubokunun finalı çərçivəsində keçirilən “Ayntraxt”la matçda (2:1) fərqlənərək cari mövsüm keçirdiyi 39 oyunda vurduğu qolların sayını 45-ə yüksəldib. Bununla da o, şəxsi rekordunu daha da yaxşılaşdırıb.

Qeyd edək ki, Levandovski 2016-2017-ci il mövsümündə 47 oyunda 43 qol vurub.

Xəbər 561 dəfə oxundu.