Mayk Tayson mükafatı fondu 18 milyon dollar olan yumruq döyüşündən imtina edib
Boks üzrə keçmiş dünya çempionu amerikalı Mayk Tayson MMA (qarışıq döyüş növləri) döyüşçüsü Silva Vanderley ilə yumruq döyüşündən imtina edib.

Bu barədə Braziliyanın “Globo” televiziya kanalı məlumat verib.

Məlumatda bildirilir ki, M.Taysona braziliyalı döyüşçü ilə qarşılaşma üçün 18 milyon dollar təklif edilib. M.Taysonun rinqə qayıtması üçün hazırlığına kömək edən məşqçi Rafael Kordeiro amerikalı döyüşçünün yalnız boks görüşündə iştirak edəcəyini deyib.

Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. S.Vanderley isə keçirdiyi 51 döyüşün 35-də qələbə qazanıb.

Xəbər 554 dəfə oxundu.