İngiltərə Premyer Liqasının qazancı rekord həddə çatıb
2018-2019-cu il mövsümündə İngiltərə Premyer Liqasının qazancı rekord həddə - 6,63 milyard dollara çatıb.

Bu barədə beynəlxalq “Deloitte" audit şirkətinin yaydığı hesabatda məlumat verilir. Məlumatda qeyd edilir ki, 2019-2020-ci il mövsümündə stadionlarda tamaşaçıların olmaması, yayım və sponsorluq razılaşmalarından əldə edilən gəlirin azalması səbəbindən liqa ən azı 1,27 milyard dollar itirəcək. Həmçinin mütəxəssislər koronavirus pandemiyası ilə əlaqədar böhran vəziyyətinin İngiltərə Premyer Liqasına zərbə vuracağını bildirirlər.

Qeyd edək ki, 2018-2019-ci il mövsümündə Avropa futbol bazarının ümumi gəliri rekord səviyyəyə - 28,9 milyard avroya (32,99 milyard dollar) çatıb. Bu maliyyə uğuruna həlledici töhvəni - 17 milyard avronu Avropanın 5 ən güclü liqası (İngiltərə, İspaniya, Almaniya, Fransa və İtaliya) verib.

Xəbər 529 dəfə oxundu.