Rusiyanın qadın hokkeyçilərinin “Soçi-2014”dəki nəticəsi ləğv olunub
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiyanın qadın hokkeyçilərdən ibarət milli komandasının “Soçi-2014” Qış Olimpiya Oyunlarındakı nəticəsini ləğv edib.

Buna səbəb komandanın 8 üzvünün antidopinq qaydalarına əməl etməməsi olub. Rusiya millisi Olimpiadada 6-cı yeri tutub. Amma cəza tədbirindən sonra həmin pillə kağız üzərində Almaniya seçməsinə verilib.

“Soçi-2014”də çıxış edən Rusiya hokkeyçilərindən Anna Şibanova, Yekaterina Lebedeva, Tatyana Burina və başqaları antidopinq qaydalarını pozduğuna görə ömürlük idmandan uzaqlaşdırılıblar.

Qeyd edək ki, Qış Olimpiadasında qadın hokkeyçilərin turnirində Kanada, ABŞ və İsveçrə komandaları fərqləniblər.

Xəbər 500 dəfə oxundu.