“Neftçi” daha bir futbolçu ilə bağlı qərarını verib
Bakının “Neftçi” klubu daha bir futbolçu ilə bağlı qərarını verib. Söhbət Namiq Ələkbərovdan gedir.

Müqaviləsi başa çatmaqda olan futbolçuya yeni müqavilə təklif edilib. Mövsüm başa çatandan sonra millimizin üzvü ilə rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, N.Ələkbərov 2017-ci ildən paytaxt klubunun şərəfini qoruyur. O, bunadək “Bakı”, “Qarabağ” və “Kəpəz”in heyətində də meydana çıxıb.

Xəbər 421 dəfə oxundu.