“İnter” Tonalini 30 milyon avroya transfer etməyə yaxındır
İtaliyanın “İnter” klubu “Breşiya”nın futbolçusu Sandro Tonalini transfer etməyə yaxındır. Bu haqda “Sky Sport Italia” xəbər yayıb.

Klublar arasında danışıqlar yekunlaşmaq üzrədir. Bu keçid “Neradzurri”yə 30 milyon avroya başa gələcək. Tonali “İnter” ilə dördillik müqavilə imzalayacaq və ilinə 2,5 milyon avro məvacib alacaq.

Bu mövsüm 20 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasında 24 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 444 dəfə oxundu.