COVID-19 əleyhinə peyvəndin hazırlanması “Tokio-2020” üçün şərt deyil
Yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvəndin hazırlanıb inkişaf etdirilməsi gələn il keçiriləcək Tokio Yay və Paralimpiya oyunları üçün şərt deyil.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa mətbuat konfransında məlumat verib. O qeyd edib ki, pandemiyadan sonra peyvəndin rolu əlbəttə çox vacibdir. Amma “Tokio-2020” təşkilat komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təmsilçiləri olan təşkilatçılar peyvəndi inkişaf etdirməyi yarış üçün şərt olaraq qoymurlar.

Bundan əvvəl bildirilib ki, Tokio Olimpiya və Paralimpiya oyunlarının təşkilatçıları yarışın formatını sadələşdirməklə bağlı qərar veriblər. Buna görə, yarışlar zamanı tamaşaçıların və idmançıların təhlükəsizliyini təmin etmək məqsədilə yeni prinsiplər təsdiq edilib. Oyunların formatının sadələşdirilməsi xərcləri azaltmaq və infeksiyanın potensial yayılmasının qarşısını almağa yönəlib.

Tokio Olimpiadası 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il sonraya təxirə salınıb. Yarış 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər 525 dəfə oxundu.