BOK prezidenti Tokio Olimpiadasının sadələşdirilmiş variantda keçirilməsi planını alqışlayıb | |
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax koronavirus pandemiyasına görə, bir il müddətinə təxirə salınmış “Tokio-2020” Olimpiadasının sadələşdirilmiş variantda keçirilməsi planını alqışlayıb. Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi iyunun 10-da yarışlar zamanı tamaşaçıların və idmançıların təhlükəsizliyini təmin etmək məqsədilə yeni prinsipləri təsdiq edib. Təşkilatçılar beynəlxalq idman təşkilatlarından və milli olimpiya komitələrindən iştirakçıların sayını azaltmağı xahiş etməyi planlaşdırırlar. Yeni prinsiplər BOK-un İcraiyyə Komitəsinin onlayn iclası zamanı da səsləndirilib. Bu məsələyə münasibət bildirən BOK prezidenti Tomas Bax bildirib ki, yeni prinsiplər oyunların dəyərində və müxtəlif çətinliklərin azalmasında mühüm rol oynayacaq. T.Bax vurğulayıb ki, Yaponiya gələn ilin iyulunda keçiriləcək oyunlara hazırlığın səmərəli olması və yarışların uğurlu alınması üçün böyük qətiyyət nümayiş etdirir. BOK prezidenti qeyd edib ki, Tokio təşkilat komitəsi ilə BOK arasında tam razılaşma hökm sürür. “Tokio-2020”nin təşkilat komitəsinin sədri Yoşiro Mori iyunun 10-da keçirilən iclas zamanı bildirib ki, oyunların təxirə salınması məsələsi müzakirə edilmir və buna görə də hipotetik ssenarilərdən danışmaq düzgün deyil. Baş Nazir Şinzo Abenin Olimpiya və Paralimpiya Oyunlarının tam formatda keçirilməsi barədə fikrinə aydınlıq gətirən Y.Mori qeyd edib ki, hökumət başçısı bu zaman yarışlarda daha çox ölkənin iştirakını nəzərdə tutur. |
|
Xəbər 554 dəfə oxundu. |
|
|