“Zirə”-“Səbail” matçında qalib müəyyənləşməyib
Azərbaycan Premyer Liqasında mövsümün bərpasına hazırlaşan “Zirə” və “Səbail” iyunun 10-da yoxlama görüşündə üz-üzə gəliblər.

Paytaxt təmsilçiləri Zirə İdman Kompleksinin meydançasında qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Matçda “Zirə”nin qollarını Ağabala Ramazanov (10) və Mfo Kqasvane (69) vurub. “Səbail”in heyətində isə Maykl Essyen (30) və Turan Manafov (49) fərqləniblər.

Qeyd edək ki, günün digər görüşündə isə “Neftçi” doğma meydanda “Keşlə”ni 3:1 hesabı ilə məğlub ediblər.

Xəbər 485 dəfə oxundu.