“Neftçi” doğma meydanda “Keşlə”ni məğlub edib
Premyer Liqaya hazırlıqlarını davam etdirən “Neftçi” və “Keşlə” iyunun 10-da yoxlama matçında üz-üzə gəliblər.

“Bakcell Arena”da keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar. “Neftçi”nin heyətində Emin Mahmudov (10, 12) və Rəhman Hacıyev fərqləniblər. Keşlə təmsilçisinin yeganə qolunu isə Kristovao vurub.

Qeyd edək ki, komandalar cari mövsümün sonuna 8 tur qalmış turnir cədvəlinin qonşu pillələrində qərarlaşıblar. “Neftçi” 37 xalla 2-ci, “Keşlə” 30 xalla 3-cüdür.

Xəbər 498 dəfə oxundu.