Avro-2012: Postiga yarımfinalda olmayacaq
Qitə çempionatında Portuqaliyanın oynadığı bütün qarşılaşmalarda yer alan forvard Helder Postiqa zədə səbəbiylə yarımfinal matçından kənar qalacaq.

Portuqaliya Futbol Federasiyasının rəsmi internet saytında 29 yaşlı oyunçunun əzələsindəki problemlə bağlı İspaniya ilə Donetskdəki yarımfinal matçında meydana çıxmayacağını yazır.

İdman.com.az saytının məlumatına görə, çexlərlə matçın 40-cı dəqiqəsində zədə alan Postiqanın yerini həmin oyunda Huqo Almeyda tutmuşdu.

Xəbər 1065 dəfə oxundu.