Gələn il İndianapolis avtodromu Formula 1 yarışlarına ev sahibliyi edə bilər
Gələn il əfsanəvi İndianapolis avtodromu Formula 1 yarışlarına ev sahibliyi edə bilər.

Bu sözləri avtodromun rəhbəri Rocer Penske deyib.

R.Penske deyib: “Ümid edirəm ki, 2021-ci ildə avtodromda Formula 1 üzrə Qran-Pri təşkil olunacaq. Biz 2023-cü ilədək İndianapolisdə Formula 1 yarışlarının keçirilməsinə çalışırıq. Həmin illərdə “500 mil İndianapolis” yarışlar da keçiriləcək. ABŞ-da koronavirusa yoluxanların sayı getdikcə azalır. Bu, bizə gələcəyə inamla baxmağa əsas verir. Bu ilin avqustunda avtodrom “500 mil İndianapolis” yarışlarına ev sahibliyi edəcək”.

Qeyd edək ki, sonuncu dədə İndianapolisdə Formula 1 üzrə Qran-Pri 2007-ci ildə təşkil olunub.

Xəbər 492 dəfə oxundu.