“Çelsi” “Bayer”in 20 yaşlı yarımmüdafiəçisini transfer etmək istəyir
İngiltərənin “Çelsi” futbol klubu Almaniyanın “Bayer” komandasının yarımmüdafiəçisi Kay Havertzi transfer etmək istəyir.

London klubu 20 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, illik 8 milyon avro qazanacaq.
Bildirilib ki, Leverkuzen təmsilçisi almaniyalı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, K.Havertz cari mövsümdə “Bayer”in heyətində keçirdiyi 38 oyunda 15 qol vurub və 5 assist edib.

Xəbər 462 dəfə oxundu.