Norveçdə pandemiya zamanı şahmat üzrə dünyada ilk böyük turnir start götürür
Dünyanın bəzi ölkələrində koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin qaydaları yumşaldılmaqdadır. Belə ölkələrdə tamaşaçısız idman yarışlarının keçirilməsinə icazə verilib.

İyunun 10-da Norveçdə pandemiya zamanı dünyada ilk böyük şahmat turniri start götürür. Belə ki, Osloda start götürən və 9 turdan ibarət olan yarış iyunun 18-də başa çatacaq. Tamaşaçıların girişinin qadağan edildiyi turnirdə yalnız norveçli şahmatçılar iştirak edirlər.

Turnirin ümumi mükafat fondu 9 min 300 avrodur.


Xəbər 484 dəfə oxundu.