“Keşlə” klubu baş məşqçi ilə bağlı qərarını verib
Bakının “Keşlə” futbol klubu baş məşqçi ilə bağlı qərarını verib.

Klub Tərlan Əhmədov postunda saxlanılacaq. Mayın 31-də müqaviləsi başa çatan məşqçi ilə hələlik yeni müqavilə bağlanmayıb. Amma bu müqavilənin yaxın bir həftə ərzində baş tutacağı gözlənilir.

Xatırladaq ki, Tərlan Əhmədov “Keşlə”yədək AZAL və “Neftçi”nin baş məşqçisi olub

Xəbər 413 dəfə oxundu.