Rocer Federer bu il yarışlarda iştirak etməyəcək
İsveçrəli tennis ustası Rocer Federer bu il yarışlara qatılmayacaq.

Buna səbəb tennisçinin bir neçə həftə əvvəl sağ dizindən əməliyyat edilməsidir. Bu barədə idmançı “Twitter”dəki səhifəsində məlumat verib. O, azarkeşlərə müraciətində 2017-ci ildəki kimi, oyunlara ən yüksək səviyyədə hazırlaşmaq üçün fasilə verməyi planlaşdırdığını bildirib. “Həqiqətən azarkeşlər və turnirlər üçün darıxacağam. Amma sizi 2021-ci ildə yenidən görməyi səbirsizliklə gözləyirəm”, – deyə tennisçi qeyd edib.

Qeyd edək ki, Rocer Federer 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibidir. O, 2012-ci il London Olimpiadasında gümüş medal qazanıb. İsveçrəli tennisçi bir müddət əvvəl “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istədiyini bildirmişdi.

Xəbər 483 dəfə oxundu.