“Zirə” klubu daha bir legioneri ilə yollarını ayırır
Bakının “Zirə” futbol klubu daha bir legioneri ilə yollarını ayırır.

Klub monteneqrolu qapıçı Boyan Zaqoviçdən sonra onun həmyerlisi Miloş Bakraçın müqaviləsini uzatmamağı lazım bilib.

Ötən ilin iyulunda “OFK Titoqrad”dan transfer olunan mərkəz müdafiəçisi “Zirə” ilə birillik müqavilə bağlayıb. M.Bakraç daha əvvəl “Syon” (İsveçrə), “Budunçost” (Monteneqro), “Travnik” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro) və “Jelejezniçar”ın (Bosniya və Herseqovina) formasını geyinib.

Xəbər 411 dəfə oxundu.