“Bayer” Almaniya kubokunun finalına vəsiqə qazanıb
Futbol üzrə Almaniya kuboku yarışlarının yarımfinal mərhələsinin birinci oyunu keçirilib.

Yarımfinalın birinci matçında “Bayer” səfərdə “Saarbrükken”in qonağı olub. Leverkuzen təmsilçisi görüşdə 3:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Bayer” finalda “Bavariya”–“Ayntraxt” cütlüyünün qalibi ilə qarşılaşacaq.

Xəbər 495 dəfə oxundu.