UFC iyulda Birləşmiş Ərəb Əmirliklərinin Yas adasında dörd turnir keçirəcək
Mütləq döyüş çempionatı üzrə “UFC Fight Island” yarışları çərçivəsində iyulda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yas adasında dörd turnir keçirəcək.

Bu barədə UFC məlumat yayıb.

Abu-Dabidə yerləşən adada turnirlərin iyulun 11-də, 15-də, 18-də və 25-də keçirilməsi planlaşdırılır. Döyüşlərin keçirilməsi üçün təhlükəsizlik zonası yaradılacaq. İyirmi beş kvadratkilometrlik arenanı əhatə edəcək təhlükəsizlik zonasında otel, təlim və yemək otaqları yerləşəcək. Turnirlər üçün nəzərdə tutulmuş bu arenaya yalnız döyüşçülər, məşqçilər, UFC işçiləri, habelə obyektlərin işləməsini təmin etmək üçün Yas adasında çalışan şəxslər daxil ola biləcəklər. Döyüşlər tamaşaçısız keçiriləcək.

UFC rəhbəri Dana Uayt koronavirus pandemiyası şəraitində apreldə xüsusi bir adada yarışlar təşkil etmək istədiklərini açıqlamışdı. Onun fikrincə, adada döyüşlərin təşkili epidemioloji cəhətdən daha təhlükəsizdir.

Xəbər 482 dəfə oxundu.