“Panatinaikos” klubu satışa çıxarılıb
Yunanıstanın “Panatinaikos” basketbol klubu növbəti mövsüm Avroliqada çıxış etməyə bilər. Yaxın günlərdə komandanın rəhbərliyində dəyişiklik gözlənilir.

“Panatinaikos”un sahibi Dimitris Yannakopulos klubu satışa çıxarmağı qərara alıb. Yunanıstan mətbuatına açıqlamasında o, həmçinin komandanı Avroliqada görmək istəmədiyini də söyləyib.

Bildirib ki, mən klubun Çempionlar Liqasında mübarizə aparmasının tərəfdarıyam. Amma təbii ki, qərarı verməzdən əvvəl məsləhətləşmək lazımdır. Bütün tərəflər, o cümlədən azarkeşlər də bu qərardan razı qalmalıdır. Amma başqa bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Mən klubu 25 milyon avroya satışa çıxarmışam. Hələ ki, klub etibar etdiyim insanların əlində olacaq. İndiki məqamda klubu çempion kimi və başıuca tərk edirəm. Artıq mənim “Panatinaikos”dakı fəaliyyətim başa çatdı.

Xəbər 527 dəfə oxundu.