Şahmatçımız BƏƏ-nin ən nüfuzlu turnirində mübarizə aparacaq
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyunun 12-13-də onlayn formatda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Yarış Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı keçiriləcək. Turnirdə Ş.Məmmədyarovla yanaşı, özbəkistanlı Rüstəm Qasımcanov, hindistanlı Pentala Xarikrişna, polşalı Radoslav Voytaşek, misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem də mübarizə aparacaqlar.

İki dövrədən ibarət olan turnirin mükafat fondu 10 min ABŞ dollarıdır.

Xəbər 478 dəfə oxundu.