Azərbaycan klubları yoxlama matçları keçirəcəklər | |
İyunun 10-da Azərbaycan futbol klubları yoxlama görüşləri keçirəcəklər. Paytaxt təmsilçisi “Neftçi” doğma meydanda “Keşlə”ni qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Günün digər matçında “Qəbələ” səfərdə “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da baş tutacaq oyun 20:00-da start götürəcək. Bakı təmsilçiləri “Zirə” və “Səbail” komandaları da üz-üzə gələcəklər. Zirə Olimpiya İdman Kompleksinin meydançasında keçiriləcək oyunun fiti saat 18:00-da veriləcək. Xatırladaq ki, ötən gün lider “Qarabağ” səfərdə “Sabah”ı 5:0 hesabı ilə məğlub edib. |
|
Xəbər 555 dəfə oxundu. |
|
|