“Qarabağ” yoxlama matçında “Sabah”ı darmadağın edib
Azərbaycan Premyer Liqasına hazırlığı davam etdirən Ağdamın “Qarabağ” klubu iyunun 9-da “Sabah”la yoxlama oyunu keçirib.

“Bank Respublika Arena”da baş tutan matçda ağdamlılar 5:0 hesabı ilə qələbə qazanıblar. Görüşdə qolları Mahir Emreli (3, 65), Xayme Romero (14), Filip Ozobiç (36) və Ovusu Kvabena (90) vurub.

Bu, koronavirus səbəbindən yaranan fasilədən sonra keçirilən birinci matç olub.

İyunun 14-də “Qarabağ”ın “Səbail”lə yoxlama oyunu planlaşdırılır.


Xəbər 430 dəfə oxundu.