ICESCO və FIFA həkimlərə minnətdarlıq videoçarxını yayıblar
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) futbol ulduzlarının COVID-19 pandemiyası ilə mübarizədə ön cəbhədə olan həkimlərə minnətdarlıq videoçarxını yayımlayıblar.

Videoçarxda karyerasını başa vurmuş və hazırda davam etdirən ən məşhur futbolçular Pele, Dieqo Maradona, Ronaldo, Deyvid Bekhem, Kaka, Marko van Basten, Zinəddin Zidan, Məsud Özil, Samuel Etoo, Fabio Kannavaro insanları pandemiyadan qoruyan və müalicə edən qəhrəman həkimlərə təşəkkürlərini bildirib, onları alqışlayıblar.

AZƏRTAC

Xəbər 505 dəfə oxundu.