“Milan” klubu Memfis Depayın transferi üçün “Olimpik Lion” ilə danışıqlara başlamağa hazırlaşır
İtaliyanın “Milan” klubu Fransanın “Olimpik Lion” komandasının niderlandlı hücumçusu Memfis Depayın transferi ilə bağlı cəhdləri davam etdirir.

Yay transfer pəncərəsində futbolçunun keçidini başa çatdırmaq istəyən milanlılar Fransa klubu ilə danışıqlara başlamağa hazırlaşırlar.

Memfis Depayın “Olimpik Lion” ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq. Futbolçu da hazırkı klubu ilə yeni müqavilə imzalamaq istəmir. “Milan” rəhbərliyi məhz bu vəziyyətdən yararlanaraq 26 yaşlı futbolçunu heyətinə qatmağa çalışır.

Cari mövsümdə 18 oyunda meydana çıxan M.Depay 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər 491 dəfə oxundu.