“Real Madrid” Serxio Ramosla yeni müqavilə imzalamaq niyyətindədir
İspaniyanın “Real Madrid” futbol klubu müdafiəçisi Serxio Ramosla müqavilənin müddətini uzatmaq niyyətindədir.

Madrid təmsilçisi 34 yaşlı kapitana 2022-ci ilin yayınadək yəni müqavilə təklif edəcək. Bildirilib ki, hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Qeyd edək ki, Ramos 2005-ci ildən “Real Madrid”in şərəfini qoruyur. Onun klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.


Xəbər 495 dəfə oxundu.