Rusiyalı atletlər yarışlara neytral statusla qatılmaq hüququndan məhrum oluna bilər
Antidopinq qaydalarının sistematik pozulmasına görə rusiyalı atletlər beynəlxalq turnirlərdə öz bayraqları altında çıxış edə bilmirlər. Bu gedişlə ölkə idmançıları yarışlara neytral statusla qatılmaq hüququndan da məhrum oluna bilərlər.

Rusiya Beynəlxalq Atletika Federasiyası (“World Athletics”) qarşısında öhdəliyi yerinə yetirə bilmir. Yerli mətbuata açıqlamasında Rusiya Atletika Federasiyasının (RAF) vitse-prezidenti Eduard Bezuqlov etiraf edib ki, antidopinq qaydalarını müntəzəm pozduqlarına görə yaranan 5 milyon dollar cəriməni “World Athletics”ə ödəyə bilmirlər.

Deyib ki, hazırda RAF maliyyə böhranı yaşayır. Cərimə məbləği iyulun 1-dək “World Athletics”in hesabına köçürülməlidir. Əks halda, rusiyalı idmançılar beynəlxalq yarışlarda hətta neytral statusda belə mübarizə apara bilməyəcəklər. Üstəlik cərimə məbləği 10 milyon dollara qədər artırılacaq. “World Athletics” hər hansı güzəşt etmək fikrində deyil. Hazırkı məqamda RAF 5 milyon dolları ödəyə bilməyəcək.

Xəbər 584 dəfə oxundu.