Federasiya kuboku turnirində 15 yaşadək velosipedçilər arasında qaliblər müəyyənləşib
Dünya Velosiped Günü münasibətilə iyunun 9-da Bakıda təşkil olunan trek üzrə Federasiya Kuboku yarışında 15 yaşadək idmançılar arasında qaliblər müəyyənləşib.

Respublika Velotrekində keçirilən turnirdə bir və iki dairə növlərində yarışlar başa çatıb. Bir dairə yarışında qızlardan İradə Abdulrəhmanova, oğlanlardan isə Tamerlan Vitovski birinci olub. İki dairə növündə isə qızlardan Radxa Şabanova, oğlanlardan isə Tamerlan Vitovski qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gün ərzində turnirdə 17 yaşadək idmançılar və gənclər də qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir müvafiq icazənin verilməsindən sonra təşkil edilən birinci yarışdır.


Xəbər 678 dəfə oxundu.