Formula 1 sponsorluq müqaviləsi imzalayıb
Almaniyanın motor yağları istehsalçısı “Liqui Moly” şirkəti Formula 1-in rəsmi sponsoru olub.

Tərəflər arasında üçillik müqavilə imzalanıb. Əməkdaşlıq iyulun 12-də Avstriyada təşkil olunacaq ikinci Qran-Pridə başlayacaq.

Şirkət Formula 1 ilə ötən ildən əməkdaşlıq edir. Belə ki, həmin vaxt şirkət Formula 1-in regional sponsoru olub. Yeni müqavilə isə daha qlobal xarakter daşıyır.

Xəbər 496 dəfə oxundu.