Bakıda velosiped idmanı üzrə federasiya kuboku turnirinə start verilib
İyunun 9-da Bakıda Dünya Velosiped Günü münasibətilə trek üzrə Federasiya Kuboku yarışına start verilib.

Respublika Velotrekində təşkil edilən turnirdə iştirakçılar U-15, U-17 və gənclər kateqoriyaları üzrə yarışırlar. Günün birinci yarışında 15 yaşadək idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir həmin icazənin verilməsindən sonra təşkil edilən birinci yarışdır.


Xəbər 525 dəfə oxundu.